Əlixan Musayev:
Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allah-dan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!
Bünyadov-Məmmədəliyev:
Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allahın adını) hədəf (dəstavüz) etməyin! Allah eşidəndir, biləndir!
Elmir Quliyev
:
Пусть клятва именем Аллаха не мешает вам творить добро, быть богобоязненным и примирять людей. Аллах — Слышащий, Знающий.
Ələddin Sultanov:
Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanların arasını düzəltməklə bağlı içdiyiniz andlara görə Allahın adını maneəyə çevirməyin! Allah hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Əbrar olmağınız, təqva sahibi olmağınız və insanların arasını islah etməyiniz üçün (sizə mane olan) andlarınız səbəbiylə, Allahı maneəyə çevirməyin (Allahı özünüzə sipər etməyin). Allah Səm'i'dir (ən yaxşı eşidəndir), Alimdir (ən yaxşı biləndir).
Ələsgər Musayev:
Etməyin Allahı hədəf öz andlarınız üçün ki, yaxşısınız və
təqvalısınız və islah edirsiniz arasında insanların! Və Allah
Səmidir Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin. Və ya: Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını bu cür, hər şeyə görə Ona and içməklə hörmətdən salmayın.) Allah eşidən və biləndir.
Kövsər Tağıyev:
Yaxşılıq etməməyə, təqvalı olmamağa və insanların arasını düzəltməməyə dair andlarınıza Allahı sipər tutmayın. (Bu cür andlarınızı pozub kəffarəsini ödəyin və etməli olduğunuz yaxşı işi edin.) Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Andlarınızda xeyir əməllər tutmanıza, Allahdan qorxmanıza və insanlar arasında əmin-amanlıq yaratmanıza Allahın (adını) bir maneə etməyin. Allah hər şeyi eşidəndir, biləndir !
Sabirə Dünyamalıyeva:
Və yaxşılardan olmağınıza, Allahın mühafizəsi altına daxil olmağınıza, insanların arasını düzəltməyinizə mane olan andlarınıza Allahı daxil etməyin; "Edərdim, amma Allaha and içdim, artıq andımı poza bilmərəm" deməyin. Və Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.