Bəqərə Surəsi 225. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir.
Bünyadov-Məmmədəliyev:
Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan ya qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!
Elmir Quliyev :
Аллах не призовет вас к ответу за непреднамеренные клятвы, но призовет вас к ответу за то, что приобрели ваши сердца. Аллах Прощающий, Выдержанный.
Ələddin Sultanov:
Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin qazandığına (bilərəkdən etdiklərinizə) görə sizi cəzalandırar. Allah bağışlayandır, həlimdir.
Kerbelayi Malik ağa:
Allah sizi andlarınızdakı boş sözlərə görə məsul tutmaz (sorğu-suala çəkməz). Lakin qəlblərinizin qazandığı şeylərdən (günahlardan) sizi sorğu-suala çəkər. Allah Ğafurdur, Həlimdir.
Ələsgər Musayev:
Götürməz sizi Allah lağ ilə andlarınızda lakin götürər sizi ilə kəsblidir qəlbləriniz. Allah ĞəfurdurHəlimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah sizi bihudə boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan həlimdir.
Kövsər Tağıyev:
Bilmədən içdiyiniz andlardan ötrü Allah sizi məsul tutmaz, lakin sizi qəlblərinizin qazandığı (bilə-bilə içdiyiniz) andlardan ötrü məsul tutar. Allah çox bağışlayandır, həlimdir (Dərhal cəzalandırmaz, möhlət verər).
M.Qənioğlu və T.Bilaloğlu:
Bir qəsd olmadan and içmənizə görə Allah sizi töhmətləndirməz. Lakin O, sizi ürəklərinizin kəsb etdiyi (pis niyyətlərə) görə cəzalandırar. Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Allah, sizləri andlarınızdakı boş sözlərə görə sorğu-suala çəkməz; amma şüurlu şəkildə edilmiş hərəkətlərinizə görə sorğu-suala çəkər. Allah çox bağışlayandır, çox həlimdir.