Əlixan Musayev:
Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər onlar (fikirlərindən) dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək şərtilə) bağışlayandır, rəhm edəndir.
Elmir Quliyev
:
Те, которые поклялись не вступать в половую близость со своими женами, должны выжидать четыре месяца. И если они передумают, то ведь Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Xanımlarına yaxınlaşmamağa dair and içənlər üçün dörd ay gözləmə müddəti vardır. Əgər andlarından dönsələr, bilsinlər ki, Allah bağışlayandır, rəhm edəndir.
Kerbelayi Malik ağa:
Qadınlarına (yaxınlaşmamağa) and içənlər dörd ay (ayrı qalıb) gözləyərlər. Lakin əgər (kişilər bu müddət bitmədən kəffarə verib qadınlarına) dönsələr, o təqdirdə şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
O kəslər üçün ki, yalanlayırlar qadınlarından,
gözləmə dörd şəhrdir. Əgər qayıtsalar, həqiqətən Allah
Ğəfurdur Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Öz arvadlarından (onları incitmək məqsədilə) uzaqlaşmağa (onlarla dörd aydan da çox cinsi yaxınlıq etməməyə) and içən şəxslərə dörd ay möhlət vardır. Beləliklə əgər qayıtsalar (və kəffarə versələr və yaxınlıq etsələr) həqiqətən, Allah çox bağışlayan və mehribandır. (Həm bu andın haram iş üçün olmasına və həm də and içilən şeyin özünün haram olmasına baxmayaraq o, şəriət baxımından and kimi gerçəkləşir və onu pozmaq və kəffarə vermək vacibdir).
Kövsər Tağıyev:
Zövcələrinə yaxınlaşmamağa and içən kəslər üçün dörd ay gözləmə müddəti var. Əgər (bu müddət ərzində) dönsələr, şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Zövcələrinə yaxın düşməməyə and içənlərin gözləmə müddəti dörd aydır. Əgər onlar (qadınlarına) dönərlərsə, (bil ki,) Allah bağışlayandır, rəhmlidir !
Sabirə Dünyamalıyeva:
Qadınlardan ila edənlər/onlarla yaxınlıq etməmək barədə and içənlər üçün dörd ay gözləmə müddəti var. Sonra əgər dönsələr, şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhm edəndir.