Əlixan Musayev:
Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra (dini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.
Bünyadov-Məmmədəliyev:
Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!
Elmir Quliyev
:
Это не относится к тем, которые уверовали, совершают праведные деяния, многократно поминают Аллаха и защищаются после того, как с ними поступили несправедливо? А те, которые поступают несправедливо, скоро узнают, куда они вернутся.
Ələddin Sultanov:
Ancaq iman gətirib yaxşı işlər görənlər, Allahı çox zikr edənlər və haqsızlığa məruz qaldıqdan sonra qalib gələnlər bundan istisnadır. Haqsızlıq edənlər qayıdacaqları yeri yaxın bir vaxtda biləcəklər.
Kerbelayi Malik ağa:
Amənu olanlar və əməli salihat (nəfsini islahedici, saleh əməl) edənlər və Allahı çox zikr edənlər və özünə zülm edildikdən sonra (Allah tərəfindən) yardım edilənlər xaric. Zülm edənlər yaxında hansı dönüş yerinə (cəhənnəmə) dönəcəklərini biləcəklər.
Ələsgər Musayev:
Ancaq o kəslərdən başqa ki, inanır və əməli salehdir və Allahı çoxlu yad edirlər. Yardım alıblar zülm olunandan sonra və biləcəklər o kəslər ki, zalimdirlər, hansı dönüşlə üz döndərəcəklər!
A.Mehdiyev və D.Cəfərli:
Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar.
Kövsər Tağıyev:
Ancaq iman edib saleh işlər görən, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra intiqamını alanlar başqadır. Zülm edənlər isə hansı aqibətlə qarşılaşacaqlarını görüb biləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirib əməlisaleh olan, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra (kafir şairlərə) qələbə çalan (şairlərdən) başqa. Haqsızlar isə haraya dönəcəklərini biləcəklər.
Sabirə Dünyamalıyeva:
Ancaq iman edənlər və düzəltmək yolunda fəaliyyət gostərənlər, Allahı çox-çox ananlar və haqsızlığa uğradıldıqlarında, özlərini müdafiə edənlər istisnadır. Haqsızlıq edənlər hansı dəyişikliyə uğradılacaqlarını yaxında biləcəklər.