Əlixan Musayev:
Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!
Elmir Quliyev
:
Воистину, те, которые уверовали, совершали праведные деяния и были смиренны пред своим Господом, будут обитателями Рая и пребудут там вечно.
Ələddin Sultanov:
Həqiqətən, iman gətirib yaxşı işlər görən və Rəbbinə ürəkdən boyun əyənlər cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, amənu olanlar, islahedici əməl (əməli salihat, nəfsini islahedici əməl) işləyənlər və Rəblərinə huşu duyanlar cənnət əhlidir. Onlar orada əbədi qalanlardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, inanırlar və
əməli salehdirlər və Rəblərinə müti olurlar – həmin onlar
cənnət əshabıdırlar, orada həmişəlikdirlər.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar.
Kövsər Tağıyev:
İman edib saleh işlər görən və Rəblərinə sidq-ürəkdən bağlananlara gəlincə, onlar cənnətliklərdir. Onlar orada əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirən, xeyir işlər görən və öz Rəbbinə itaət edənlər - onlar cənnətlikdirlər və orada əbədi qalasıdırlar.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz iman edənlər, yaxşılaşdırmaq qayəsi ilə əməl işləyənlər və Rəbbinə dərin hörmət və təvazökarlıq ilə bağlananlar, bax bunlar da cənnət əhlidir. Onlar orada əbədi olaraq qalacaq.