Əlixan Musayev:
Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi.
Bünyadov-Məmmədəliyev:
Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə: ) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.
Elmir Quliyev
:
Женщина, в доме которой он жил, стала соблазнять его, заперла двери и сказала: "Иди ко мне". Он сказал: "Упаси Аллах! Ведь он — мой господин, обеспечивший мне прекрасную жизнь. Воистину, беззаконники не преуспеют".
Ələddin Sultanov:
Yusifin qaldığı evdəki qadın (Züleyxa) onu tovlamaq istədi və qapıları bağlayıb: “Haydı gəl!” - dedi. Yusif isə: “Mən Allaha sığınıram! O (sənin ərin) mənim ağamdır. O mənə yaxşı davranır. Şübhəsiz ki, zülm edənlər (zinakarlar) nicat tapmazlar!” - dedi.
Kerbelayi Malik ağa:
(Yusifin) evində qaldığı qadın onunla yaxınlıq etmək istədi. Qapıları möhkəm bağlayıb: ‘Haydı gəl, səninəm.’ dedi. O (Yusif də) belə dedi: ‘Allaha sığınıram. O mənim Rəbbimdir. Məni ən gözəl məskəndə yerləşdirdi. Şübhəsiz ki, zalımlar fəlaha (qurtuluşa) ərməzlər.’
Ələsgər Musayev:
Evində olduğu qadın ona meyl etdi və qapıları bağlayıb
dedi: «Sənin ixtiyarındayam!» Dedi: «Pənah aparıram Allaha.
Həqiqətən, Rəbbim mənə yaxşı məqam bağışlayıb. Həqiqətən,
O zalimlərə nicat verməz!»
A.Mehdiyev və D.Cəfərli:
Evində olduğu qadın mülayimlik və hiylə ilə ondan kam almaq istədi və (bu niyyətlə) qapıları möhkəm bağlayaraq dedi: «Tez ol, mən sənin üçün hazıram!» Yusuf dedi: «Allaha pənah! O (sənin ərin) mənim tərbiyəçimdir ki, yerimi yaxşı edib. [Və ya: O (Allah) mənim Rəbbimdir ki, məqamımı gözəl edib.] Şübhəsiz zalımlar heç vaxt nicat tapmazlar.»
Kövsər Tağıyev:
Evində olduğu qadın (ona könül verib) ondan arzuladığı şeyi əldə etmək istədi və qapıları kilidləyərək: “Gəlsənə!” – dedi. O isə: “Allaha sığınıram, çünki o (ərin) mənim ağamdır, mənə yaxşı baxıb. Şübhəsiz, zalımlar nicat tapmazlar”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Evində olduğu qadın onu tovlayaraq şirnikləndirmək istədi. Qapıları örtərək: "Tez bura gəl!" - dedi. O isə dedi: "Allah, köməyim ol! O [kişi] mənim ağamdır, mənə yaxşı baxmışdır. Haqsızlar yaxasını qurtara bilməz!"
Sabirə Dünyamalıyeva:
Və evində olduğu xanım, onun nəfsindən kam alıb faydalanmaq istədi, qapıları bağladı və "Haydı, bəri gəl!" dedi. Yusif: "Allaha sığınıram! Həqiqətən ərin, mənim ağam/Rəbbim; Allah, məni gözəl bir məqama yerləşdirdi. Şübhəsiz ki, səhv; öz zərərinə olan əməli işləyənlər nicat tapmazlar." dedi.