İbrahim Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İman gətirib saleh əməllər edənlər isə (ağacları) altından çaylar axan, Rəbbinin izni ilə içində əbədi qalacaqları Cənnət bağlarına daxil ediləcəklər. Onların orada qarşılaşarkən (bir-birinə) deyəcəkləri söz: “Salam!” olacaqdır.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənlər isə (ağacları) altından çaylar axan cənnətlərə daxil ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada bir-birinə (yaxud Allahın, mələklərin onlara) günaydınlıq verməsi: “Salam!” (demək) olacaqdır!
Elmir Quliyev :
Те, которые уверовали и совершали праведные деяния, будут введены в Райские сады, в которых текут реки. Они пребудут там вечно с дозволения своего Господа. Их приветствием там будет слово: "Мир!"
Ələddin Sultanov:
İman gətirib yaxşı işlər görənlər isə Rəbbinin izni ilə, (ağacları) altından çaylar axan içində əbədi qalacaqları cənnətlərə daxil ediləcəklər. Onlar orada bir-birləri ilə: “Salam!” deyərək görüşəcəklər.
Kerbelayi Malik ağa:
Amənu olanlar əməli salihat (nəfsi islahedici, saleh əməl) edənlər, altlarından çaylar axan cənnətlərə daxil edilərlər. Orada Rəblərinin izni ilə əbədi qalarlar. Orada onların təhiyyələri (diləkləri) ‘salam’dır.
Ələsgər Musayev:
O kəslər ki, inanırlar əməli salehdirlər, daxil ediləcəklər Rəblərinin iznilə həmişəlik qalacaqları bağlara cari olur altından onun nəhrlər. Olacaq orada onların təhiyyətləri: «Salam!»
A.Mehdiyev və D.Cəfərli:
İman gətirən yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edilərlər. Onların (bir-birlərinə, yaxud Allah mələklərin onlara) oradakı xeyir-duaları «salam»dır.
Kövsər Tağıyev:
İman edən saleh işlər görənlər Rəblərinin izni ilə əbədi qalacaqları içlərindən çaylar axan cənnətlərə daxil ediləcəklər. Onların oradakı sağlıq diləkləri “salam”-dır.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirib əməlisaleh olanlar isə dibindən çaylar axan cənnət bağlarına salınacaqlar. Onlar öz Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Orada onlar: "Salam [salamatlıq]!" (sözü ilə) salamlanacaqlar.
Sabirə Dünyamalıyeva:
İman edən yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər də, Rəbbinin izni ilə/məlumatı daxilində, içində həmişəlik qalmaq üzrə, altından çaylar axan cənnətlərə girəcəklər. Oradakı salamlaşmalar qarşılamalar "salam" olacaqdır.-