Əlixan Musayev:
(Allah) gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.
Elmir Quliyev
:
Его не спросят за то, что Он совершает, а они будут спрошены.
Ələddin Sultanov:
O, gördüyü işlərə görə sorğu-sual olunmaz. Onlar isə (əməllərinə görə) sorğu-sual ediləcəklər.
Kerbelayi Malik ağa:
Allah etdiyi şeylərdən sorğu-sual olunmaz. Onlar etdiklərindən sorğu-sual olunarlar.
Ələsgər Musayev:
Sual olunmaz O nədən ki, fəaliyyət edir və onlar
isə sual olunacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
O (Allah) etdikləri barəsində (heç kəs tərəfindən) sorğu-suala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarşısında) sorğu-sual edilərlər.
Kövsər Tağıyev:
O, etdiyinə görə sorğu-sual olunmaz, ancaq onlar sorğu-sual olunar.
M.Qənioğlu və T.Bilaloğlu:
O, nə etdiyi barədə sorğu-suala tutulmaz, onlar isə (öz əməlləri barəsində) sorğu-suala tutularlar.
Sabirə Dünyamalıyeva:
Ərşin Rəbbi Allah, etdiyindən məsul olmaz, onlar isə məsul olacaqlar.