Həcc Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun incilərlə bəzənəcəklər (qızıldan mirvaridən bilərziklər taxacaqlar), orada libasları da ipəkdən olacaqdır!
Elmir Quliyev :
А тех, которые уверовали и совершали праведные деяния, Аллах введет в Райские сады, в которых текут реки. Там они будут украшены золотыми браслетами и жемчугом, а их одеяния будут из шелка.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl bilərziklər incilərlə bəzənəcəklər. Onların oradakı libasları isə ipəkdəndir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah amənu olanları saleh əməl (nəfsini islahedici əməl) işləyənləri altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada qızıl bilərziklərlə incilərlə bəzənərlər. Orada onların paltarları ipəkdəndir.
Ələsgər Musayev:
Həqiqətən, Allah daxil edər o kəsləri ki, inanırlar əməli salehdirlər, cənnətlərə cari olur altından onun nəhrlər. Bəzənəcəklər orada qızıl mirvaridən olan bilərziklərlə libasları orada ipəkdən olacaqdır!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl qolbağlar mirvari (boyunbağılarla) bəzədilərlər onların oradakı (adi) libasları naxışlı ipəkdəndir.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah iman edib saleh işlər görənləri içlərindən çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada qızıl bilərziklər incilərlə bəzənəcəklər. Oradakı libasları isə ipəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah iman gətirib əməlisaleh olanları dibindən çaylar axan cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl qolbaqlarla mirvarilərlə bəzədiləcəklər. Orada paltarları ipəkdən olacaqdır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah, iman edən yaxşılaşdırmaq qayəsi ilə işlər görənləri, altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada qızıl qolbağlar incilərlə bəzənəcəklər. Orada libasları da ipəkdən olacaqdır.