Əlixan Musayev:
(Murdar əməldən) xəbəri olmayan ismətli mömin qadınları (zinada) günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir –
Bünyadov-Məmmədəliyev:
Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.
Elmir Quliyev
:
Воистину, те, которые обвиняют целомудренных верующих женщин, даже не помышляющих о грехе, будут прокляты в этом мире и в Последней жизни! Им уготованы великие мучения
Ələddin Sultanov:
Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, qafil (özünün xəbəri olmadan) muhsin (iffətli) qadınlara və mömin qadınlara böhtan atanlar dünya və axirətdə lənətlənmişdir. Onlara əzim əzab vardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, namuslu və imanlı qadınları ki, hər pis əməldən uzaqdırlar, böhtan atırlar, dünya və axirətdə lənətdə olarlar və onlar üçün əzəmətli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır.
Kövsər Tağıyev:
İsmətli və (özləri haqqında uydurulan pisliklərdən) xəbərsiz mömin qadınlara zina isnad edənlər, həqiqətən, dünya və axirətdə lənətlənmişdirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Qəbih əməllərdən) xəbərsiz mömin, ismətli qadınlara şər atanlar bu dünyada və axirətdə lənətləniblər. Onlar üçün böyük əzab vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, azad, evli, heç bir şeydən xəbəri olmayan mömin qadınlara zina isnad edən kəslər, dünya və axirətdə uzaqlaşdırılmışdır. Və onlar üçün çox böyük bir əzab var.