Furqan Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik.
Bünyadov-Məmmədəliyev:
Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrəbaya, yoxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin dünyada gördükləri digər yaxşı işlərin zərrə qədər qiyməti olmaz!)
Elmir Quliyev :
Мы займемся деяниями, которые они совершили, и обратим их в развеянный прах.
Ələddin Sultanov:
Biz onların etdiyi hər bir (yaxşı) əmələ nəzər salar onu səpələnmiş zərrələrə çevirərik (puç edərik).
Kerbelayi Malik ağa:
Onların etdiyi əməllərin önünə keçdik (əməllərini puç etdik). Beləcə onların əməllərini sovrulmuş toz zərrəsi etdik (dəyərsiz etdik).
Ələsgər Musayev:
Biz yaxınlaşdıq onların etdikləri əməllərə onu dağıdaraq toz kimi etdik.
A.Mehdiyev və D.Cəfərli:
Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar bu kimi yaxşı) əməllərə üz tutacaq onları (havada) dağınıq toz-torpaq edəcəyik. (Çünki Allah mükafatı kiminsə haqqı olduğu üçün deyil, Öz lütfü ilə verir. Bundan əlavə, elə dünya nemətlərinin özü mükafatdır. Axirət nemətlərindən bəhrələnmək isə imanın olması şərti ilə mümkündür.)
Kövsər Tağıyev:
Onların etdikləri bütün əməllərinə yönəldik onları dağınıq zərrələrə çevirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlann tutduqları əməlləri götürüb sovrulan zərrəciklərə çevirdik.
Sabirə Dünyamalıyeva:
Biz, Bizə qovuşmağı ümid etməyənlərin işlədikləri hər əməlin qarşısını aldıq onu səpələnmiş toz zərrələrinə çevirdik.