Ənkəbut Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Allahın ayələrini Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.
Elmir Quliyev :
Те, которые не веруют в знамения Аллаха и во встречу с Ним, потеряли надежду на Мою милость. Именно им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Allahın ayələrini Onun hüzuruna çıxacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Allahın ayələrini Ona (Allaha) mülaki olmağı (Allaha təslim olmağı) inkar edənlər rəhmətimdən ümidlərini kəsdilər. Onlar üçün ağrılı-acılı əzab vardır.
Ələsgər Musayev:
O kəslər ki, kafirdirlər ayətlərilə Allaha görüşünə Onun həmin onlar Mənim rəhmətimdən məyusdurlar həmin onlardır ki, onlar üçün ələmli əzab var.
A.Mehdiyev və D.Cəfərli:
Allahın (tovhid kitab) nişanələrinə Onunla görüşə kafir olanlar (inanmayanlar) mənim rəhmətimdən ümidlərini üzənlərdir. Onlar üçün şiddətli bir əzab vardır.
Kövsər Tağıyev:
Allahın ayələrini Ona qovuşmağı inkar edənlər ki var, onlar mənim rəhmətimdən ümidlərini kəsmişlər. Onlar üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın ayələrini (qiyamət günü) Ona qovuşacaqlarını inkar edənlər - onlar Mənim mərhəmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün üzücü əzab vardır.
Sabirə Dünyamalıyeva:
Allahın ayələrini/işarətlərini/nişanələrini Ona qovuşmağı bilə-bilə inkar edən/inanmayan kəslər, bax onlar Mənim mərhəmətimdən ümidlərini üzənlərdir onlar üçün ağrılı-acılı bir əzab var.