Əlixan Musayev:
Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə (haqdan) üz çevirir.
Bünyadov-Məmmədəliyev:
Kitabdan (Tövratdan) özlərinə bir pay (qismət) verilmiş kimsələri görmürsənmi? Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına (istinad etməyə) dəvət olunurlar. Sonra onların bir qismi (Tövratın hökmlərindən) üz döndərir. Onlar (həmişə) dönüklük edəndirlər (haqdan üz çevirəndirlər).
Elmir Quliyev
:
Разве ты не видел, что тех, кому была дарована часть Писания, призывают к Писанию Аллаха, дабы оно рассудило между ними, но часть из них отворачивается с отвращением?
Ələddin Sultanov:
Kitabdan (Tövratdan) özlərinə bir pay verilənləri (yəhudiləri) görmədinmi? Aralarında hökm verilməsi üçün Allahın kitabına dəvət olunurlar. Sonra isə onlardan bir dəstə üz döndərərək geri dönür.
Kerbelayi Malik ağa:
Özlərinə Kitabdan nəsib verilənləri görmədinmi? Aralarında hökm vermək üçün Allahın Kitabına dəvət olunurlar, sonra onlardan bir qrup geri dönür və onlar üz çevirənlərdir.
Ələsgər Musayev:
Ə, görmədinmi o kəsləri ki, əta olunmuşdu nəsib
kitabdan? Dəvət olunurlar tərəfinə Allahın kitabının, hökm
etmək üçün aralarında onların, sonra üz döndərir onlardan
olan firqə və onlar üz döndərəndirlər.
A.Mehdiyev və D.Cəfərli:
(S?mavi) kitabdan (Tovrat v? Incild?n) bir pay verilmis s?xsl?ri gorm?dinmi ki, aralar?nda (H?zr?t Muh?mm?din-s?ll?llahu ?leyhi v? alihi v? s?ll?m-peyg?mb?rliyi, yaxud «dasqalaq» hokmu bar?sind?) hokm c?xarmaq ucun Allah?n kitab?na (Qur’ana v? ya Tovrata) d?v?t olunurlar, sonra onlar?n bir qismi (haqdan) uz dond?rm?k olan ad?tl?ri uzr? uz cevirirl?r?!
Kövsər Tağıyev:
Kitabdan bir pay verilənləri görmürsənmi ki, aralarında hökm verməsi üçün Allahın Kitabına çağırılırlar, sonra aralarından bir qismi üz döndərərək çıxıb gedir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitabdan özlərinə bir pay nəsib olunmuşları görmürsənmi ? Aralarında hökm vermək üçün onlar Allahın Kitabına dəvət edilirlər. Sonra isə bir qismi üz döndərir ki, bunlar da dönüklük edənlərdir.
Sabirə Dünyamalıyeva:
Özlərinə Kitabdan bir pay verilmiş olan kəsləri görmədinmi/heç düşünmədinmi? Onlar, öz aralarında hökm vermək üçün Allahın kitabına dəvət olunurlar, sonra onlardan bir qismi uzaqlaşaraq boyun qaçırır.