Səcdə Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Musaya Kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik.
Bünyadov-Məmmədəliyev:
Biz Musaya kitab (Tövrat) vermişdik. (Ya Rəsulum!) Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə. (Peyğəmbər əleyhissəlam merac gecəsi Musa ilə görüşüb danışmışdı). Biz onu (Tövratı, yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən bir rəhbər etmişdik.
Elmir Quliyev :
Мы даровали Мусе (Моисею) Писание, и не сомневайся во встрече с ним (во встрече с Мусой или встрече Мусы с Аллахом). Мы сделали его (Писание) верным руководством для сынов Исраила (Израиля).
Ələddin Sultanov:
Şübhəsiz ki, Musaya da Kitabı (Tövratı) verdik. (Ey Peyğəmbər!) Sən onunla görüşəcəyinə şübhə etmə! Biz onu İsrail oğulları üçün doğru yol göstərən bir rəhbər etmişdik.
Kerbelayi Malik ağa:
And olsun ki, Musaya (ə.s) kitab verdik. Bundan sonra sən Ona (Allaha) mülaki olmaqdan şübhə içində olma. Onu (Tövratı) İsrail oğulları üçün hidayət rəhbəri etdik.
Ələsgər Musayev:
Biz əta etdik Musaya kitabı sən onunla görüşdən şübhədə olma etdik onu Israil oğulları üçün hidayət edən.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz Biz Musaya (səmavi) kitab (Tövrat) verdik, belə isə (sən) onunla görüş (meracda, yaxud Qiyamətdə Allahla ya Musa ilə görüş) barəsində şəkk şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik.
Kövsər Tağıyev:
And olsun, Biz Musaya Kitabı (Tövratı) verdik. Sən kitaba (Qur`ana) qovuşmaq barəsində şübhədə olma. Onu İsrail oğullarına yol göstərən təyin etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musaya Kitab vermişdik - onunla görüşə şübhədə olma! - onu İsrail övladları üçün yol göstəricisi etmişdik.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Biz vaxtilə Musaya o kitabı verdik. -İndi sən ona qovuşmaq barədə şübhə içində olma.- Biz, onu İsrail oğulları üçün bir bələdçi etdik.