Əlixan Musayev:
Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.
Bünyadov-Məmmədəliyev:
Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz!
Elmir Quliyev
:
Эти ваши предположения, которые вы делали о вашем Господе, погубили вас, и вы оказались одними из потерпевших убыток.
Ələddin Sultanov:
Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və buna görə də ziyana uğrayanlardan oldunuz.
Kerbelayi Malik ağa:
Rəbbiniz haqqındakı bu zənniniz sizi həlaka sürüklədi. Beləcə hüsrana düşənlərdən oldunuz.
Ələsgər Musayev:
Bu, sizin
zənninizdir – odur ki, zənn etdiniz Rəbbiniz ilə. O sizi məhv
etdi və siz xəsarətdə olanların sayından oldunuz
A.Mehdiyev və D.Cəfərli:
Rəbbiniz barəsində olan bu gümanınız (küfr və itaətsizliyin davam etdirilməsi ilə) sizi həlak etdi və beləliklə, ziyana uğrayanlardan oldunuz.
Kövsər Tağıyev:
“Bax bu, sizin Rəbbiniz haqqında zənn etdiyiniz zənninizdir. O, sizi məhv etdi, ziyana uğrayanlardan oldunuz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin öz Rəbbiniz barəsində etdiyiniz bu zənn sizi məhv etdi və siz ziyana düşənlərdən oldunuz.
Sabirə Dünyamalıyeva:
Rəbbiniz barəsindəki bu zənniniz, sizi məhv etdi və beləliklə zərərə, ziyana məruz qalıb əzaba düçar oldunuz."