Zariyat Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göyün yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
Bünyadov-Məmmədəliyev:
Göyün yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.
Elmir Quliyev :
Клянусь Господом неба и земли, что это является истиной, подобно тому, что вы обладаете даром речи.
Ələddin Sultanov:
Göyün yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışığınız kimi gerçəkdir.
Kerbelayi Malik ağa:
Səmanın yerin Rəbbinə and olsun ki, şübhəsiz o, mütləq sizlərin danışdığınız şeylər qədər haqdır.
Ələsgər Musayev:
And olsun Rəbbinə səmanın ərzin, həqiqətən, o haqdır, misli ki, sizin nitqinizin.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə and olsun göyün yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb icra mərhələsinə yetişib).
Kövsər Tağıyev:
Göyün yerin Rəbbinə and olsun ki, o (sizə vəd olunanlar) sizin danışığınız kimi gerçəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göyün yerin Rəbbinə and olsun ki, sizin danışmağa nitqiniz olduğu kimi, bu da bir həqiqətdir.
Sabirə Dünyamalıyeva:
Elə isə göy yer üzünün Rəbbinə and olsun ki, sizə edilən o vəd, mütləq, eynilə sizin danışmağınız kimi həqiqətdir.