Əlixan Musayev:
(Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə (həddindən artıq) sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü öyəni sevmir.
Bünyadov-Məmmədəliyev:
Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!
Elmir Quliyev
:
Мы поведали об этом для того, чтобы вы не печалились о том, что вы упустили, и не радовались тому, что Он вам даровал. Аллах не любит всяких надменных бахвалов,
Ələddin Sultanov:
(Allah bunları ona görə yazmışdır ki,) əlinizdən çıxanlara görə kədərlənməyəsiniz və Allahın sizə verdiklərinə görə sevinib qürrələnməyəsiniz. Allah özünü bəyənib qürrələnənləri sevməz.
Kerbelayi Malik ağa:
Sizin əlinizdən çıxana kədərlənməyəsiniz və sizə verilənlə sevinməyəsiniz (öyünməyəsiniz) deyə. Allah özündən razı olanı və çox öyünənlərin heç birini sevməz.
Ələsgər Musayev:
Ondan ötrü ki, sizdən
uzaqlaşana təəssüf etməyəsiniz və sizə əta olunana
fərəhlənməyəsiniz. Allah sevməz külli özünü bəyənib, fəxr
edənləri
A.Mehdiyev və D.Cəfərli:
(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir.
Kövsər Tağıyev:
Əlinizdən çıxana məyus olmayasınız və Allahın sizə verdiyi nemətlərlə qürrələnməyəsiniz deyə (belə etdik). Çünki Allah özünü bəyənib öyünən heç bir kəsi sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, sizin əlinizdən çıxana kədərlənməməniz və sizə gələn (nemətlərə) fərəhlənməməniz üçündür. Allah heç bir dikbaş lovğanı sevməz,
Sabirə Dünyamalıyeva:
Və Allah, xəsislik edən və insanlara da xəsisliyi əmr edən, özünü bəyənib öyünən kəsləri sevməz.