Əlixan Musayev:
O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, (haqqı )təsdiq edən, (hər şeyi) müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.
Bünyadov-Məmmədəliyev:
O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.
Elmir Quliyev
:
Он — Аллах, и нет божества, кроме Него, Царя, Святого, Пречистого, Оберегающего, Хранителя, Могущественного, Могучего, Гордого. Пречист Аллах и далек от того, что они приобщают в сотоварищи.
Ələddin Sultanov:
O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! O, hökmrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əmin-amanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, məcbur etməyə qadirdir, çox ucadır. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır.
Kerbelayi Malik ağa:
O Allah ki; Ondan başqa İlah yoxdur, Məlikdir (hökmdardır), Quddüsdür (müqəddəsdir), Salamdır (salamatlığa çatdırandır), Mömindir, Mühəymindir (qoruyub himayə edəndir), Əzizdir, Cabbardır, Mütəkəbbirdir. Allah şirk qoşulan şeylərdən uzaqdır.
Ələsgər Musayev:
O Allahdır –
Odur ki, yoxdur Ilahi, ancaq Odur! Məlikdir, Qüddüsdür,
Salamdır, Mumindir, Qoruyandır, Əzizdir, Güclüdür,
Mütəkəbbirdir! Sübhandır Allah nədən ki, şərik qoşurlar!
A.Mehdiyev və D.Cəfərli:
O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır). Mütəkəbbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır.
Kövsər Tağıyev:
O, özündən başqa heç bir ilah olmayan Allahdır. O, mülkün əsl sahibi, müqəddəs (hər cür nöqsandan uzaq), sülh və əmin-amanlıq mənbəyi, əminlik verən, qoruyan, mütləq güc sahibi, islah edən, istədiyini etdirən və böyüklükdə misilsiz olan Allahdır. Allah onların şərik qoşduqlarından uzaqdır.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Özündən başqa heç bir tanrı olmayan hökmran, müqəddəs, salamatlıq verən, imanı təsbit edən, ixtiyar sahibi, qüdrətli, əzəmətli və təriflərə layiq olan Allahdır! Allah Ona şərik qoşdurduqları şeylərdən ucadır.
Sabirə Dünyamalıyeva:
O, Özündən başqa məbud deyə bir şey olmayan Allahdır. O, bütün kainatın hökmdarıdır, tərtəmizdir, hər cür pislik və nöqsanlıqdan uzaq, hər cür qüsurdan uzaq; möhkəm, etibarlı, hifz edən, qoruyan, təsdiqləyən və mötəbər, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, istədiyini məcburi qaydada etdirən, əlçatmaz, əzəmətli, ehtiyacları aradan qaldıran, işləri düzəldən, çarə tapan, böyüklük və ucalıqda tək olan; hər şeydə və hər hadisədə böyüklüyünü göstərəndir. Allah, onların qoşduqları şeylərdən pakdır.