Ənam Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra onların: “Allaha Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!”– demələrindən başqa bir bəhanələri qalmayacaq.
Bünyadov-Məmmədəliyev:
Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq.
Elmir Quliyev :
Тогда у них не будет никакого оправдания, кроме слов: "Клянемся Аллахом, нашим Господом, мы не были многобожниками!"
Ələddin Sultanov:
Sonra onların: “Rəbbimiz olan Allaha and olsun ki, biz şərik qoşan deyildik!” - deməkdən başqa bəhanələri qalmayacaqdır.
Kerbelayi Malik ağa:
Sonra onların: ‘Vallahi Rəbbimiz, biz müşriklər olmadıq.’ deməkdən başqa bəhanələri olmayacaq.
Ələsgər Musayev:
Sonra onların cavabı bundan başqa deyil ki, deyəcəklər: «And olsun Allaha Rəbbimizə, olmadıq biz müşriklərdən!»
A.Mehdiyev və D.Cəfərli:
Sonra onların (axirətdə) «Rəbbimiz Allaha and olsun ki, biz əsla müşrik deyildik» deməkdən başqa bir bəhanələri olmayacaqdır.
Kövsər Tağıyev:
Sonda onların edəcəkləri şey “Rəbbimiz Allaha and olsun ki, biz (Ona) şərik qoşanlardan deyildik” deməkdən başqa bir şey olmayacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra onların: "And olsun Rəbbimizə ki, biz şərik qoşan olmamışıq" - deməkdən başqa bir bəhanələri olmayacaqdır.
Sabirə Dünyamalıyeva:
o həqiqətə zidd olaraq inandığınız şərikləriniz?" deyəcəyik. Sonra, onların atəşlərə atılarkən, "Rəbbimiz Allaha and olsun ki Biz müşriklərdən deyildik" deməkdən başqa bir çarəsi yoxdur.