Əraf Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.
Bünyadov-Məmmədəliyev:
(Adəm Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” dedilər.
Elmir Quliyev :
Они сказали: "Господь наш! Мы поступили несправедливо по отношению к себе, и если Ты не простишь нас и не смилостивишься над нами, то мы непременно окажемся одними из потерпевших урон".
Ələddin Sultanov:
O ikisi belə dedi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamaz bizə rəhm etməzsən, həqiqətən, biz ziyana uğrayanlardan olarıq”.
Kerbelayi Malik ağa:
İkisi belə dedi: ‘Rəbbimiz, biz nəfslərimizə zülm etdik, əgər Sən bizə məğfirət rəhmət etməzsənsə, biz mütləq ziyana uğrayanlardan olarıq.’
Ələsgər Musayev:
Dedilər: «Rəbbimiz! Biz öz nəfsimizə zülm etdik. Əgər Sən bizi bağışlamayasan bizə rəhm etməyəsən, həqiqətən, xəsarətdə olanlardan olarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq».
Kövsər Tağıyev:
Dedilər ki: “Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olarıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlayıb rəhm etməsən biz ziyana düşənlərdən olarıq".
Sabirə Dünyamalıyeva:
Onlar/ikisi də, "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik əgər bizi bağışlamasan bizimlə rəhmli rəftar etməsən şübhəsiz ki ziyana uğrayanlardan olacağıq!" dedilər.