Əlixan Musayev:
və (özlərinə tabe olanlara) dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
Bünyadov-Məmmədəliyev:
Və (tabeçiliyində olanlara) dedilər: “Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!”
Elmir Quliyev
:
и сказали: “Не отрекайтесь от ваших богов: Вадда, Сувы, Йагуса, Йаука и Насра”.
Ələddin Sultanov:
Və dedilər: “Nəbadə öz ilahlarınızı tərk edəsiniz! Vəddi, Süvanı, Yəğusu, Yəuqu və Nəsri qətiyyən tərk etməyin!”
Kerbelayi Malik ağa:
(Bir-birlərinə) belə dedilər: ‘Əsla öz ilahlarınızı (bütlərinizi) tərk etməyin. Vəddi, Suvaanı, Yəğusu, Yəuqu və Nəsranı əsla tərk etməyin.’
Ələsgər Musayev:
dedilər: “Tərk etməyin ilahilərinizi və tərk etməyin Vəddi və
Suvaı və Yəğusu və Yəuqu və Nəsri!”
A.Mehdiyev və D.Cəfərli:
«Və (öz tabeliyində olanlara) dedilər: «Əsla tanrılarınızı tərk etməyin və heç vaxt «Vədd», «Suva», «Yəğus», «Yəuq» və «Nəsr»i (o zamanın bütlərinin adları ) atmayın!»
Kövsər Tağıyev:
“Belə dedilər: “Əsla ilahlarınızı buraxmayın. Vəddi, Süvanı, Yəğusu, Yəuqu və Nəsri isə heç buraxmayın!”
M.Qənioğlu və T.Bilaloğlu:
və dedilər. "Öz tanrılarınızı heç vaxt tərk etməyin, Vəddən, Suva’dan, Yəğusdan, Yə'uqdan, Nəsrdən [bütlərdən] heç vaxt əl çəkməyin."
Sabirə Dünyamalıyeva:
Və 'Öz məbudlarınızı əsla tərk etməyin. Və əsla Vədd, Suva, Yağus, Yəuq və Nəsri atmayın' dedilər.