Əbəsə Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Xeyr! O, hələ (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.
Bünyadov-Məmmədəliyev:
Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
Elmir Quliyev :
Но нет! Он не выполняет того, что Он приказал ему.
Ələddin Sultanov:
Xeyr! O, Allahın əmrini hələ yerinə yetirməyib.
Kerbelayi Malik ağa:
Xeyr, (insan Allahın) ona əmr etdiyi şeyi yerinə yetirmədi.
Ələsgər Musayev:
Belə deyil! Amma qəza, ki, əmri ilədir Onun!
A.Mehdiyev və D.Cəfərli:
Belə deyildir. (İnsan Allahın əmrlərinə bu nemətlərin müqabilində itaət şükr etməmişdir, əslində) o hələ ona əmr olunanı (tamam kamal surətdə) yerinə yetirməmişdir.
Kövsər Tağıyev:
Xeyr, xeyr, o, Allahın ona əmr etdiyini yerinə yetirmədi. (İman etmədi.)
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyr, insan Onun buyurduqlarını yerinə yetirmədi.
Sabirə Dünyamalıyeva:
Qətiyyən onun fikirləşdiyi kimi deyil! O insan, Allahın ona əmr elədiyini bu günə qədər heç yerinə yetirmədi.