Bəqərə Surəsi 234. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti­ bitərkən (şəriətə) müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!
Elmir Quliyev :
Если кто-либо из вас скончается и оставит после себя жен, то они должны выжидать четыре месяца и десять дней. Когда же они дождутся истечения положенного им срока, то на вас не будет греха, если они распорядятся собой разумным образом. Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Sizdən ölən kimsələrin qoyub getdiyi qadınlar dörd ay on gün gözləməlidirlər. Gözləmə müddətləri tamamlandığı zaman öz barələrində etdikləri məşru işlərdə sizə günah yoxdur. Allah etdiklərinizdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Sizdən vəfat edənlərin qoyub getdiyi zövcələri dörd ay on gün gözləyərlər. Beləcə onların gözləmə müddəti tamamlandığı zaman artıq özləri haqqında marufla (adət-ənənəyə uyğun olaraq) etdikləri şeylərdən sizin üzərinizə bir günah yoxdur. Allah etdiklərinizdən xəbərdardır.
Ələsgər Musayev:
O kəslər ki, vəfat edir sizdən qalır zövcləri, gözləyirlər öz nəfsləri ilə onlar dörd şəhr on. Onda ki, yetişdilər əcəllərinə, yoxdur günah üzərinizdə sizin nədə fəaliyyətdədirlər öz nəfslərində onlar mərifətlə. Allah ilə əməldəsiniz, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Sizdən vəfat edənlərin qoyub getdikləri arvadlar (vəfat iddəsi olaraq) özlərini dörd ay on gün saxlayaraq gözləməlidirlər. Müddətlərinin sonuna çatdıqda isə onların özləri barədə yaxşı bəyənilən şəkildə etdiklərində (ərə getmələri ya getməmələrində) sizə (cəmiyyətin hakimlərinə ya müsəlmanlara) günah yoxdur. Allah etdiklərinizdən xəbərdardır.
Kövsər Tağıyev:
İçinizdən ölənlərin geridə qoyub getdikləri övrətləri öz-özlərinə dörd ay on gün (iddət) gözləyərlər. Müddətlərini tamamladıqda artıq özləri üçün şəriətə uyğun olaraq etdiklərindən ötrü sizə bir günah yoxdur. Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən hər kim vəfat edərsə özündən sonra arvadları qalarsa, dörd ay on gün (ərə getməyib) gözləməlidirlər. Müddətləri bitdikdən sonra onların qayda üzrə etdikləri işlərə görə sizə heç bir günah düşmür. Allah sizin etdiyinizi bilir.
Sabirə Dünyamalıyeva:
Aranızdan, keçmişdə etdikləri etməli olduğu halda etmədikləri bir-bir [özünün] yadına salınanlar; ölüb geridə zövcələri qalan kəslərin xanımları da, dörd ay on gün gözləməlidirlər. Sonra müddətləri sona çatdığı zaman, artıq özləri barədə adətlərə uyğun olaraq/hər kəs tərəfindən qəbul edilən şəkildə etdikləri işdən sizin [bunu edənlər bunu görənlər] üçün bir günah yoxdur. Allah sizin əməllərinizdən xəbərdardır.