Bəqərə Surəsi 237. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını (onlara) verməlisiniz. Qadınların (bunu) (ərlərinə) bağışlaması ya əlində nikah müqaviləsi olanın bunu (qadına) bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin etdiklərinizi görür.
Bünyadov-Məmmədəliyev:
Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.
Elmir Quliyev :
Если же вы разведетесь с ними до того, как коснулись их, но после того, как установили обязательное вознаграждение (брачный дар), то отдайте им половину его, если только они не простят или не простит тот, в чьих руках брачное соглашение. Если вы простите, то это будет ближе к богобоязненности. Не забывайте о снисходительности по отношению друг к другу. Воистину, Аллах видит то, что вы совершаете.
Ələddin Sultanov:
Mehrlərini təyin etdiyiniz qadınları yaxınlıq etmədən boşasanız, onların (qadınların), yaxud nikah müqaviləsi əlində olan kişilərin bağışlaması istisna olmaqla, təyin etdiyiniz mehrin yarısı onlarındır. Bağışlamağınız (mehrdən imtina etməyiniz) isə təqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah etdiyinizi görür.
Kerbelayi Malik ağa:
Onlar üçün bir mehir təyin etdinizsə əgər onlara toxunmadan əvvəl boşasanız, o zaman onlar üçün (fərz olaraq) təyin edilən mehirin yarısını vermək sizə fərz qılınmışdır.(Qadınların) bunu bağışlaması (vaz keçməsi) ya nikah əhdi əlində olanın (kişinin) bağışlaması (digər yarısını da qadına bağışlaması) istisnadır. Sizin bağışlamağınız (digər yarısını da verməniz) təqvaya daha yaxındır. Aranızdakı fəziləti unutmayın. Şübhəsiz ki, Allah etdiklərinizi çox yaxşı görəndir.
Ələsgər Musayev:
Əgər talaq verdiniz onlara qabaqcadan ki, toxunmusunuz onlara əlbəttə, fərz etdiniz onlar üçün fərzi yarısını fərz etdiniz, ancaq ki, əfv edələr, ya əfv edə, odur ki, əlindədir onun nigah bağlamağı. Əgər əfv edəsiniz, qəribdir təqvalılıq üçün. unutmayın fəzli aranızdaHəqiqətən, Allah ilə əməldəsiniz, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər qadınları mehriyyə təyin etmiş olduğunuz halda, onlarla yaxınlıq etmədən boşasanız, (qadınların) özləri ya nikahlama (ixtiyarı) əlində olan kəs (onun başçısı ya mütləq vəkili) güzəşt etməsə onda təyin etdiyinizin yarısı (sizin öhdənizədir). Sizin güzəşt etməyiniz (yəni mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda ehsan bəxşiş etməyi unutmayın ki, həqiqətən Allah etdiklərinizi görəndir.
Kövsər Tağıyev:
Əgər onlara mehr təyin edər onlara toxunmadan boşayarsınızsa, təyin etdiyiniz mehrin yarısı onlarındır. Ancaq qadının ya da nikah bağı əlində olanın (ərin, öz paylarından) imtina etməsi istisnadır. Bununla birlikdə (ey kişilər), sizin imtina etməniz təqvaya (Allaha qarşı gəlməkdən çəkinməyə) daha yaxındır. Aranızda yaxşılıq etməyi unutmayın. Şübhəsiz ki, Allah etdiklərinizi haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onları toxunmazdan əvvəl, lakin mehr təyin etdikdən sonra boşasanız, onda təyin etdiyiniz mehrin yarısı (onlara) düşür. Lakın burada qadınların (öz haqlarından) vaz keçməsi əlində nikah sazişi olan kişinin lütfkarlıq etməsi istisnadır. Lütfkarlığınız təqvaya (möminliyə) daha yaxındır. Öz aranızda mehribançılıq etməyi unutmayın. Həqiqətən, Allah sızın etdiyinizi görür.
Sabirə Dünyamalıyeva:
əgər onları, onlara toxunmadan boşasanız mehrini müəyyən etmiş olsanız, o zaman borc, müəyyən etdiyiniz o məbləğin yarısı qədərdir. Ancaq qadınlar yaxud nikah əqdini əlində tutan kəs/vəkili bağışlasa, o istisnadır. bağışlamağınız, Allahın mühafizəsi altına daxil olmaq üçün daha yaxındır. Aranızdakı artıqlığı da unutmayın. Şübhəsiz ki, Allah etdiklərinizi ən yaxşı görəndir.