Bəqərə Surəsi 239. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər (nədənsə) qorxsanız, (namazınızı) ayaq üstə ya minik üzərində (qılın). Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!
Bünyadov-Məmmədəliyev:
Əgər (düşməndən yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər Quran vasitəsilə) cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!
Elmir Quliyev :
Если вы испытываете страх, то молитесь на ходу или верхом. Когда же вы окажетесь в безопасности, то поминайте Аллаха так, как Он научил вас тому, чего вы не знали.
Ələddin Sultanov:
Əgər (hər hansı bir təhlükədən) qor­xsanız, (namazınızı) piyada gedə-gedə ya minik üstündə qılın! Təhlükə sovuşduqda isə Allahı bilmədiklərinizi sizə öyrətdiyi kimi zikr edin (namazı qılın)!
Kerbelayi Malik ağa:
Lakin əgər (həyati bir təhlükədən) qorxsanız, o zaman piyada gedərkən ya minikdə ikən (namazınızı qılın). Nəhayət əmin olduğunuz zaman (təhlükə sovuşduqda Allahı necə zikr edəcəyinizi) siz bilmirkən sizə öyrətdiyi şəkildə artıq Allahı zikr edin.
Ələsgər Musayev:
Əgər xoflandınız, piyada, ya süvari. Onda ki, əminsiniz, zikr edin Allahı qədər bildirdi sizə, ki, olmadınız bilənlər.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə əgər (düşməndən ya başqa bir təhlükədən) qorxsanız, piyada, ya minikdə («xof» ya «mütaridə» namazı qılın). Asayiş tapdıqda isə (adi namazlarda namazdan başqa yerlərdə) Allahı sizə bilmədiyiniz şeyləri öyrətdiyi kimi yada salın.
Kövsər Tağıyev:
Əgər (bir təhlükədən) qorxsanız, namazı piyada ya minik üstündə gedərək qılın. Təhlükənin keçdiyindən əmin olduqda isə Allahı daha əvvəl bilmədiyiniz Onun sizə öyrətdiyi şəkildə anın (namazı adi vaxtlardakı kimi qılın).
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz vuruşmada düşməndən qorxarsınızsa, onda (namazınızı) ya piyada halda, ya da minik üzərində qılın. Qorxu sovuşarsa, Allah bilmədikləriniz şeyləri sizə necə öyrədibsə, eləcə Onu zikr edin !
Sabirə Dünyamalıyeva:
Amma əgər qorxulu bir mühitdəsinizsə, o zaman piyada ya minik üstündə gedərkən; hərəkət halında qoruyun, yerinə yetirin. Sonra da əmin-amanlığa çatdıqda, Allahı, bilmədiyiniz şeyləri sizə necə öyrədibsə, o cür dərhal yada salın.