Əlixan Musayev:
Onlardan: “Rəbbiniz (peyğəmbərinə) nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır!”– deyərlər.
Bünyadov-Məmmədəliyev:
(Müşriklərdən: ) “Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?” – deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər ki,
Elmir Quliyev
:
Когда им говорят: "Что ниспослал вам Господь?" — они говорят: "Это — легенды древних народов!"
Ələddin Sultanov:
Onlara: “Rəbbiniz nəyi nazil etdi?” - deyildiyi zaman onlar: “Əvvəlkilərin əfsanələrini”, - deyərlər.
Kerbelayi Malik ağa:
Onlara ‘Rəbbiniz nə endirdi?’ deyildiyi zaman: ‘Əvvəlkilərin nağıllarını.’ dedilər.
Ələsgər Musayev:
Onda ki, deyildi onlar üçün: «Nə nazil etdi
Rəbbiniz?» Deyirlər: «Əvvəlkilərin əsatirlərini!
A.Mehdiyev və D.Cəfərli:
Onlara «Rəbbiniz nə nazil etmişdir?» deyildikdə, «keçmişdəkilərin əfsanələridir» deyərlər.
Kövsər Tağıyev:
Onlara: “Rəbbiniz nə endirdi?” – deyildikdə, “Əvvəlkilərin nağılları”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "Rəbbiniz nəyi nazil etmişdir?" - deyildikdə onlar "Əvvəlkilərin əfsanələrini." - deyərlər.
Sabirə Dünyamalıyeva:
Və onlara: "Rəbbiniz nə nazil etmişdir?" deyildiyi zaman, onlar, Keçmişdəkilərin əfsanələrini" dedilər.