Kəhf Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ancaq: “Əgər Allah istəsə!” (“inşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.
Bünyadov-Məmmədəliyev:
Ancaq: “İnşallah (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm!” de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə vesin!)” de.
Elmir Quliyev :
Если только этого не пожелает Аллах! Если же ты забыл, то помяни своего Господа и скажи: "Быть может, Господь мой поведет меня более правильным путем".
Ələddin Sultanov:
Ancaq: “Allah diləyərsə (“İnşallah” - de)!” (İnşallah deməyi) unutduğun zaman Rəbbini an belə de: “Ola bilsin ki, Rəbbim məni indikindən daha çox doğruya yaxınlaşdırar”.
Kerbelayi Malik ağa:
Ancaq inşallah (Allahın diləməsiylə edəcəyəm de) unutduğun zaman Rəbbini zikr et de ki: ‘Rəbbimin məni bundan daha üstün bir irşad səviyyəsinə çatdırmasını ümid edirəm.’
Ələsgər Musayev:
ancaq ki: «Inşallah!» Onda yadından çıxdı, Rəbbini yad et de: «Ola ki, Rəbbim məni bu hidayətdən yaxına ərşad edər».
A.Mehdiyev və D.Cəfərli:
Yalnız (belə de: «Əgər) Allah istəsə (filan işi edəcəyəm»). («inşallah» deməyi) unudanda, öz Rəbbini yada sal de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a b təkamülə haqqa doğru yönəltsin.»
Kövsər Tağıyev:
Ancaq “Allah istərsə, edəcəyəm” de. Unutduğun zaman Rəbbini xatırla “ola bilsin ki, Rəbbim məni bundan daha doğru olana çatdırar” de.
M.Qənioğlu və T.Bilaloğlu:
lnşallah!" [Allah istərsə!"] - deməmiş. Unutduqda öz Rəbbini zikr edərək de: "Ola bilsin ki, Rəbbim məni (peyğəmbərliyimi sübut etmək üçün) bundan [mağara əhli möcüzəsindən] haqqa daha yaxın bir yola çıxara [möcüzə verə].”
Sabirə Dünyamalıyeva:
tərk etdiyin vaxt Allahı yad et "Ümid edirəm ki, Rəbbim məni, doğruya bundan daha yaxın olana çatdırar" də!