Əlixan Musayev:
Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.
Bünyadov-Məmmədəliyev:
Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!
Elmir Quliyev
:
Если же вы этого не сделаете — а ведь вы никогда этого не сделаете, — то побойтесь Огня, растопкой которого являются люди и камни. Он уготован для неверующих.
Ələddin Sultanov:
Əgər bunu bacarmırsınızsa, - heç bacara da bilməzsiniz - onda yanacağı insanlar və daşlar olan, kafirlər üçün hazırlanmış oddan çəkinin!
Kerbelayi Malik ağa:
Lakin əgər gətirə bilməsəniz- əsla gətirə bilməzsiniz- o təqdirdə kafirlər üçün hazırlanmış, yanacağı insanlar və
Ələsgər Musayev:
Əgər yoxdur fəaliyyətiniz və olmayacaq
fəaliyyətiniz. Və onda qorxun oddan, hansı ki, alışığı onun
insanlar və daşlardır, hazırlanıb kafirlər üçün!
A.Mehdiyev və D.Cəfərli:
Və əgər (belə bir işi) etməsəniz - heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin.
Kövsər Tağıyev:
Əgər edə bilməsəniz, (ki, heç vaxt edə bilməyəcəksiniz) o halda yanacağı insanlarla daşlar olan oddan özünüzü qoruyun. O od kafirlər üçün hazırlanmışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər bunu etməsəniz – heç zaman da edə bilməyəcəksiniz, onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan özünüzü qoruyun !
Sabirə Dünyamalıyeva:
Sonra, əgər bunu etmədinizsə və əsla etməyəcəksinizsə, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan oddan qorunun.