Əlixan Musayev:
(Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
Bünyadov-Məmmədəliyev:
(Musa: ) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir!” – deyə cavab verdi.
Elmir Quliyev
:
Муса сказал: "Господь небес, земли и того, что между ними, если только вы обладаете убежденностью".
Ələddin Sultanov:
Musa dedi: “Əgər düşünüb anlayırsınızsa, (bilin ki,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir!”
Kerbelayi Malik ağa:
(Musa ə.s): ‘Əgər yəqinliklə inananlarsınızsa, O göylərin, yerin və ikisi arasındakıların Rəbbidir.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Rəbbidir səmaların və ərzin və onlar arasında olanların, əgər oldunuz yəqinliyi olanlar».
A.Mehdiyev və D.Cəfərli:
(Musa) dedi: «O, göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir, əgər yəqinlik əhli olsanız, (gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz)».
Kövsər Tağıyev:
Musa: “O, göylərin və yerin və ikisi arasında olan hər şeyin Rəbbidir. Əgər, həqiqətən, inanırsınızsa, bu belədir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Göylərin, yerin və onların arasında olanların Rəbbi, əgər siz haqqa inanırsınızsa."
Sabirə Dünyamalıyeva:
Musa: “Əgər yəqin bilmiş olsanız, O, göylərin, yerin və ikisi arasında olanların Rəbbidir”.