Əlixan Musayev:
Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.
Bünyadov-Məmmədəliyev:
Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər.
Elmir Quliyev
:
Я увидел, что она вместе со своим народом поклоняется солнцу вместо Аллаха. Дьявол представил им их деяния прекрасными и сбил их с пути, и они не следуют прямым путем.
Ələddin Sultanov:
Onun və qövmünün Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini özlərinə gözəl göstərib onları haqq yoldan döndərmişdir. Buna görə də onlar haqq yolu tapa bilmirlər.
Kerbelayi Malik ağa:
Onu və qövmünü Allahın əvəzinə günəşə səcdə edərkən gördüm. Şeytan onlara əməllərini yaxşı göstərmiş və beləcə (Allahın) yolundan sapdırmış. Bu səbəblə onlar hidayətdə deyillər.
Ələsgər Musayev:
Mən gördüm onu və onun qoumunu Allahın əvəzinə şəms üçün səcdə edənlər. Onlar üçün zinətli etdi şeytan onların əməllərini və sədd çəkdi onlara yoldan və onlar hidayət olunmayıblar.
A.Mehdiyev və D.Cəfərli:
«Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər».
Kövsər Tağıyev:
“Mən onun və qövmünün Allahı buraxıb günəşə sitayiş etdiklərini gördüm. Şeytan onlara əməllərini süslü göstərmiş və beləliklə, onları doğru yoldan çıxarmışdır. Buna görə də onlar doğru yolu tapa bilmirlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən gördüm ki, o və onun camaatı Allahı qoyub günəşə səcdə edirlər, şeytan isə onların əməllərini onlar üçün bəzəyib və onları yoldan çıxarıbdır. Onlar düz yolla getmirlər,
Sabirə Dünyamalıyeva:
Onu və qövmünü, Allahın altındakılardan günəşə boyun əyərək təslim olmuş/sitayiş edən halda gördüm.