Qəsəs Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) onların yerinə (qoyunlara) su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”
Bünyadov-Məmmədəliyev:
(Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə Allahdan yemək üçün bir ruzi dilədi).
Elmir Quliyev :
Он напоил для них скотину, а затем вернулся в тень и сказал: "Господи! Воистину, я нуждаюсь в любом благе, которое Ты ниспошлешь мне".
Ələddin Sultanov:
Musa onların heyvanlarını suladı, sonra da kölgəyə çəkilib belə dedi: “Ey Rəbbim! Sənin mənə bəxş etdiyin hər xeyrə möhtacam”.
Kerbelayi Malik ağa:
Beləcə ikisinin (sürüsünü) suladı, sonra kölgəyə çəkilib dedi: ’Rəbbim şübhəsiz ki, mən mənə xeyir olaraq endirdiyin hər şeyə möhtacam.’
Ələsgər Musayev:
O, suvard? onlar ucun, sonra kolg?y? t?r?f dondu v? dedi: «R?bbim! H?qiq?t?n, m?n? nazil ed?c?yin xeyr? mohtacam!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (Musa) onlar üçün (heyvanları) suladı, sonra kölgəyə çəkildi dedi: «Ey Rəbbim, həqiqətən, mən Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə (yeməyə) möhtacam».
Kövsər Tağıyev:
Musa onların qoyunlarını suvardı. Sonra kölgəyə çəkilib: “Rəbbim! Mənə göndərəcəyin hər xeyrə möhtacam”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O, onların (heyvanlarını) suvardı, sonra isə bir kölgəyə çəkilərək: Rəbbim, Sənin mənə nazil edəcəyin nemətə [yeməyə] ehtiyacım vardır." - dedi.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Musa, [o] ikisi üçün heyvanları suladı. Sonra kölgəyə çəkildi "Ey Rəbbim! Şübhəsiz ki mən, mənə nazil edəcəyin bir yaxşılığa möhtacam" dedi.