Ali-İmran Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!”– demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartdı.
Bünyadov-Məmmədəliyev:
Bu (dönüklük) onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onları öz dinləri barəsində düzəltdikləri uydurmalar (iftiralar) aldadıb yoldan çıxartmışdır.
Elmir Quliyev :
Это потому, что они говорят: "Огонь коснется нас лишь на считанные дни!" Их обольстило в их религии то, что они измышляли.
Ələddin Sultanov:
Bu ona görədir ki, onlar belə demişdilər: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmayacaq!” Öz dinləri barəsində uydurduqları şeylər onları aldatmışdır.
Kerbelayi Malik ağa:
Bu, onların ‘Atəş bizə sayılı günlərdən başqa əsla toxunmayacaq’ demələri səbəbiylədir. Onların dinləri haqqında iftira atdıqları (uydurduqları) şeylər özlərini aldatdı.
Ələsgər Musayev:
Bu ona görədir ki, onlar dedilər: «Toxunmaz bizə od, ancaq günlərin müəyyən müddətində!» Qürrəli etdi onları dinlərində ki, iftira etdilər.
A.Mehdiyev və D.Cəfərli:
Bu onlar?n «(axir?td? C?h?nn?m) od(u) biz? bir nec? gund?n art?q ?sla d?ym?z» dem?l?rin? gor?dir. (Onlar?n y?hudil?rin c?h?nn?md? babalar?n?n buzova sitayis etdikl?ri gunl?rin say? q?d?r qalacag? bar?sind?) uydurduqlar? iftira onlar? dinl?rind? aldatm?sd?r.
Kövsər Tağıyev:
Bunun səbəbi onların “Bizə cəhənnəm odu sadəcə bir neçə gün toxunacaq” demələridir. Uydurduqları şeylər dinləri barəsində onları yanıltmışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, onların: "Cəhənnəm odu bizə ancaq bir neçə gün toxunacaqdır." - dediklərinə görədir. Onları öz dinləri haqqında uydurduqları aldadıb yoldan çıxartdı.
Sabirə Dünyamalıyeva:
Bu, onların, "Atəş bizə bir neçə gündən artıq qətiyyən toxunmaz" dediklərinə görədir. Onların uydurmuş olduqları şeylər öz dinlərində onları aldatmaqdadır.