Əlixan Musayev:
Biz onlara (dünyada olan) nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba (qatlaşmağa) məcbur edəcəyik.
Bünyadov-Məmmədəliyev:
Biz onlara bir qədər gün-güzəran (bir az dünya malı) verəcək, sonra da (axirətdə) ağır bir əzaba düçar edəcəyik!
Elmir Quliyev
:
Мы позволим им пользоваться благами недолгое время, а потом принудим к страшным мучениям.
Ələddin Sultanov:
Biz onları bir az (dünya nemətlərindən) faydalandıracaq, sonra da ağır bir əzaba sürükləyəcəyik.
Kerbelayi Malik ağa:
Onları bir az mətalandırarıq. Sonra onları ağır bir əzaba düçar edərik.
Ələsgər Musayev:
Biz mətahlandırarıq onları bir az, sonra onları qəliz əzaba
tərəf sürüklərik!
A.Mehdiyev və D.Cəfərli:
(Biz) onları bir qədər (dünya ləzzətləri ilə) bəhrələndirərik, sonra da ağır bir əzaba düçar edərik.
Kövsər Tağıyev:
Biz onlara (dünyada) bir qədər dolanışıq imkanı verərik. Sonra da onları ağır bir əzaba sürükləyərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara bir müddət (dünya nemətlərindən) faydalanmaq imkanı verər, sonra isə onları məcburən sərt bir əzaba düçar edərik.
Sabirə Dünyamalıyeva:
Biz onları bir az bəhrələndirəcəyik. Sonra da onları şiddətli bir əzaba doğru sürəcəyik.