Səcdə Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səbr etdiklərinə ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.
Bünyadov-Məmmədəliyev:
(Çətinliklərə) səbr etdikləri ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik.
Elmir Quliyev :
Мы создали среди них имамов, которые вели остальных по Нашему повелению прямым путем, поскольку они были терпеливы и убежденно верили в Наши знамения.
Ələddin Sultanov:
Səbir etdiklərinə görə onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etdik. Onlar ayələrimizə yəqinliklə inanırdılar.
Kerbelayi Malik ağa:
Onlardan əmrimizlə hidayətə ərdirən imamlar təyin etdik, səbir sahibi olduqları ayələrimizə (Həqqülyəqin səviyyəsində) yəqinliklə inandıqları üçün.
Ələsgər Musayev:
Etdik onlardan imamlar hidayət edirdilər Bizim əmrimizlə onları, ona görə ki, səbrli idilər oldular ayətlərimizlə Bizə yəqinlər.
A.Mehdiyev və D.Cəfərli:
Səbr etdikləri ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik.
Kövsər Tağıyev:
Səbir edib ayələrimizə yəqinliklə inandıqları zaman onların arasından əmrimizlə doğru yola yönəldən öndərlər çıxardıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Səbr etdikləri ayələrimizə qəti inandıqları üçün əmrimizlə onlardan öncüllər müəyyən etdik.
Sabirə Dünyamalıyeva:
onlardan, səbr etdikləri zaman, Bizim əmrimizlə doğru yola sövq edən rəhbərlər təyin etdik. onlar, Bizim ayələrimizə/işarətlərimizə/nişanələrimizə qəti surətdə inanırdılar.