Əhzab Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bu ona görədir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
Это происходит для того, чтобы Аллах воздал правдивым за их правдивость и наказал лицемеров, если Он пожелает этого, или принял их покаяния. Воистину, Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
Çünki, Allah doğru olanları doğruluqlarına görə mükafatlandıracaq, münafiqlərə istəsə əzab verəcək, yaxud da onların tövbələrini qəbul edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
(Bu), Allahın sadiqləri sədaqətlərinə görə mükafatlandırması münafiqlərə əzab etməsi ya diləsə tövbələrini qəbul etməsi üçündür. Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
ona görə ki, mükafat verə Allah sadiqlərə onların sidqlərilə əgər istəsə əzab edə münafiqlərə, ya qayıda üzərinə onların. Həqiqətən, Allah oldu Ğəfur, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
(Bu imtahanlar ona görə baş verir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə əgər istəsə əzab versin, yaxud (tövbə etdikləri təqdirdə) onlara nəzər yetirsin (tövbələrini qəbul etsin). Çünki Allah daim bağışlayan rəhm edəndir.
Kövsər Tağıyev:
Bunun belə olması Allahın doğruları doğruluqları səbəbi ilə mükafatlandırması, istəsə münafiqlərə əzab verməsi yaxud onların tövbəsini qəbul etməsi üçündür. Həqiqətən, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, Allah sadiq qalanları sədaqətlərinə görə mükafatlandırsın əgər istərsə, münafiqləri cəzalandırsın ya tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
-Onlar, Allah doğru kəsləri doğruluqları səbəbiylə mükafatlandıracağı, münafiqlərə isə istəsə əzab verəcəyi yaxud da tövbə nəsib edəcəyi üçün, sərbəst hərəkət edərək öz mövqelərini dəyişdirmədilər.- Şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhm edəndir.