Əlixan Musayev:
Nəhayət o (əzabı) vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!”– dedilər. (Hud dedi:) “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!
Bünyadov-Məmmədəliyev:
Onu (özlərinə vəd olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud (şəklində) gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. (Hud isə onlara belə dedi: ) “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!
Elmir Quliyev
:
Когда же они увидели его (наказание) в виде тучи, надвигающейся на их долины, они сказали: "Это — туча, которая прольет на нас дождь". О нет! Вот то, что вы торопили, — ветер, несущий с собой мучительные страдания.
Ələddin Sultanov:
Onu (əzabı) vadilərinə tərəf yayılan bulud şəklində gördükləri zaman: “Bu, bizə yağış yağdırası buluddur!” - dedilər. Xeyr! O, sizin tez gəlməsini istədiyiniz şeydir. O, içində acı bir əzab olan küləkdir.
Kerbelayi Malik ağa:
Lakin onu (əzabı) vadilərinə doğru yönələn buludu gördükləri zaman ‘Bu bizə yağış yağdıracaq bir buluddur.’ dedilər. Xeyr o, sizin tez gəlməsini istədiyiniz əzabdır, içində şiddətli əzab olan bir küləkdir (fırtınadır).
Ələsgər Musayev:
Amma elə ki, onlar gördülər o, buluddur – onların vadisinə
tərəf istiqamətlənmişdir, dedilər: «Bu buluddur, hansı ki, bizə
yağış yağdırar!» Bəli! O – odur ki, siz ona tələsirdiniz.
Küləkdir, - onda ələmli əzab var.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə əzabı yayılmış bulud şəklində öz dərə və gölməçələrinə üz tutmuş görəndə dedilər: «Bu, bizim üçün yağış yağdıracaq bir buluddur.» (Hud dedi: «Xeyir,) əksinə, o sizin tələskənliklə istədiyinizdir, ağrılı əzabı olan bir küləkdir
Kövsər Tağıyev:
O əzabı vadilərə tərəf yayılan bir bulud olaraq gördükləri zaman: “Bu, bizə yağmur gətirən bir buluddur”, – dedilər. Hud: “Xeyr, o sizin tezliklə gəlməsini istədiyiniz şeydir. İçində ağrılı-acılı əzab olan bir küləkdir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar o (əzabın) bulud şəklində onların vadilərinə tərəf yönəldiyini görəndə demişdilər: "Bu, bizə yağış yağdıracaq buluddur." Onlara (deyilmişdi); "Xeyr, bu, sizin tələsdirdiyinizdir - içərisində üzücü bir əzab olan küləkdir.
Sabirə Dünyamalıyeva:
Nəhayət onu, vadilərinə doğru gələn geniş bir bulud halında gördükdə: "Hə, bax, bu, bizə yağış gətirəcək bir buluddur!" dedilər, Xeyr, əksinə, o, tezləşdirmək istəyiniz şeyin məhz özü; Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edən, içində ağrılı bir əzab olan küləkdir...