Məhəmməd Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?
Bünyadov-Məmmədəliyev:
Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)
Elmir Quliyev :
Неужели они не размышляют над Кораном? Или же на их сердцах замки?
Ələddin Sultanov:
Bəs onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlblərində qıfıllarmı var?!
Kerbelayi Malik ağa:
Hələ Quranı təfəkkür etmirlərmi? Yoxsa qəlbləri üzərində kilidlərimi var?
Ələsgər Musayev:
Ə, onlar Qur’an barəsində fikirləşmirlərmi? Yoxsa onların qəlbləri üzərində orada qıfıl var?
A.Mehdiyev və D.Cəfərli:
Belə isə məgər onlar bu Qur’an barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik bədbəxtlik) qıfılları vurulmuşdur?
Kövsər Tağıyev:
Onlar Qur`anı düşünmürlərmi? Yoxsa qəlblərin üzərində kilidləri var?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar Quran haqqında bir düşünmürlər? Yoxsa ürəklərində qıfıllarımı vardır?
Sabirə Dünyamalıyeva:
Bəs onlar Quranı arxa arxaya düzərək düşünmürlərmi? Yoxsa qəlblərinin üstündə qıfılmı var?