Əlixan Musayev:
İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı?
Elmir Quliyev
:
Дошел ли до тебя рассказ о почтенных гостях Ибрахима (Авраама)?
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) İbrahimin hörmətli qonaqlarının xəbəri sənə gəlib çatdımı? (Bu qonaqlar Allah tərəfindən göndərilmiş və insan surətinə girmiş mələklər idi.)
Kerbelayi Malik ağa:
Hz. İbrahimin möhtərəm qonaqlarının xəbəri sənə gəldimi?
Ələsgər Musayev:
Gəldimi sənə hədisi Ibrahimin
kəramətli qonaqlarından?
A.Mehdiyev və D.Cəfərli:
İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı?
Kövsər Tağıyev:
(Ey Muhamməd!) İbrahimin hörmətli qonaqlarının xəbəri sənə gəlib çatdımı?
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahimin hörmətli qonaqlarının əhvalatı sənə gəlib çatıbmı?
Sabirə Dünyamalıyeva:
İbrahimin möhtərəm qonaqlarının xəbəri sənə gəlib çatdımı?