Qəmər Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər ağılsız görmüş olarıq!
Bünyadov-Məmmədəliyev:
Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış dəlilik etmiş olarıq!
Elmir Quliyev :
Они сказали: "Неужели мы последуем за одним из нас? В этом случае мы окажемся в заблуждении и будем страдать (или отдалимся от истины).
Ələddin Sultanov:
Onlar demişdilər: “Özümüzdən olan bir insanamı tabe olacağıq? O zaman biz azğınlığa düşmüş çılğınlıq etmiş olarıq.
Kerbelayi Malik ağa:
O zaman belə dedilər: ‘Bizdən biri olan bir bəşərəmi? Biz, onamı tabe olacağıq? O təqdirdə şübhəsiz ki, biz həqiqətən dəlalət dəlilik içərisində olarıq.’
Ələsgər Musayev:
dedilər: «Ə, bizdən olan vahid bəşərə tabe olaqmı? Həqiqətən, onda zəlalətdə olmuş dəlilik etmiş olarıq!
A.Mehdiyev və D.Cəfərli:
Onlar dedilər: «Biz tək, qohum-əqrabasız bizdən aşağı təbəqədən çıxmış (mələk pərilərdən olmayan) bir kəsə tabe olaq? Onda biz azğın dəli olmuş olarıq.»
Kövsər Tağıyev:
belə demişdilər: “Bizdən bir insanamı tabe olacağıq? (Əslində) biz o təqdirdə açıq-aşkar bir zəlalət dəlilik içinə düşərik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Öz içərimizdən olan bir adamın ardınca heç gedərikmi? Onda biz yolu azmış, ağlımızı itirmiş olarıq!
Sabirə Dünyamalıyeva:
Aramızdan bir nəfərə, ona tabe olacağıqmı? Elə etsək, şübhəsiz bir azğınlıq dəlilik etmiş olarıq, _x000D_