Əlixan Musayev:
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev
:
Он — Аллах, Творец, Создатель, Дарующий облик. У Него — самые прекрасные имена. Славит Его то, что на небесах и на земле. Он — Могущественный, Мудрый.
Ələddin Sultanov:
O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
O Allah ki, Xaliqdir (yaradandır), Baridir (yox ikən var edən), Musavvirdir (şəkil verəndir). Əsmayil-Hüsna (ən gözəl adlar) Onundur. Göylərdə və yerdə olanlar Onu təsbeh edər. O, Əzizdir, Hakimdir (hökm və hikmət sahibidir).
Ələsgər Musayev:
O Allahdır – Xaliqdir, Ucaldaraq yaradandır, Surət verəndir!
Onun üçündür bütün yaxşı adlar. Saya salır Onun üçün nə ki,
səmalardadır və nə ki, ərzdədir. O Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
O (hər bir şeyi təqdir və ölçü əsasında) yaradan, (bir-birindən fərqli, lakin yaradılışının kamilliyi baxımından isə bir-birinin eyni olan varlıqları) yoxdan var edən, (hər bir şeyə müxtəlif şəkillərdə) surətlər bəxş edən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olan hər bir şey (dillə və hal ilə) Onu zikr edirlər. O qüdrət və hikmət sahibidir.
Kövsər Tağıyev:
O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Gözəl isimlər Onundur. Göylərdəki və yerdəki hər şey Onu təsbih edir. O, mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, xaliq, yoxdan yaradan və (yaratdıqlarına) şəkil verən Allahdır. Ən gözəl adlar Onundur. Nə ki, göylərdə və yerdə var, Ona təriflər deyər. O, qüdrət, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
O, əmələ gətirən, qüsursuz yaradan, hər şeyə şəkil və surət verən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yer üzündə olanlar Onu nöqsan sifətlərdən pak tuturlar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.