Haqqə Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Onlara): “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”(–) (deyiləcəkdir)
Bünyadov-Məmmədəliyev:
(Onlara belə deyiləcəkdir: ) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!”
Elmir Quliyev :
Ешьте и пейте во здравие за то, что вы совершили в минувшие дни!
Ələddin Sultanov:
(Onlara belə deyiləcəkdir:) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllərinizə görə nuşcanlıqla yeyin-için!”
Kerbelayi Malik ağa:
Keçmiş günlərdə etmiş olduğunuz şeylər səbəbiylə (mükafat olaraq) nuşcanlıqla yeyin için!
Ələsgər Musayev:
Yeyin için, halalınız olsun, ondan ötrü ki, bu sizin əməllərinizin mükafatıdır ki, qabaqca göndəribsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Yeyin için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə əməllərin təcəssümüdür).
Kövsər Tağıyev:
(Onlara belə deyilər:) “Keçmiş günlərdə etdiklərinizin qarşılığı olaraq nuşcanlıqla yeyin, için”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlara deyiləcək): "Keçən günlərdə etdiyiniz işlərə görə sağlıqla yeyib-için!"
Sabirə Dünyamalıyeva:
-Keçmiş günlərdə işlədiyiniz əməllərin əvəzi olaraq, nuşcanlıqla yeyin, için!-