Müddəssir Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
dedi: “Bu, (sehrbazlardan )eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!
Bünyadov-Məmmədəliyev:
dedi: “Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir!
Elmir Quliyev :
и сказал: "Это не что иное, как пересказанное колдовство.
Ələddin Sultanov:
dedi: “Bu (Quran), yalnız öyrənilən bir sehrdir.
Kerbelayi Malik ağa:
Sonunda: ‘Bu yalnız, olsa-olsa nəql edilən bir sehrdir.’ dedi.
Ələsgər Musayev:
dedi: «Bu, ancaq sehrdir, sərilir!
A.Mehdiyev və D.Cəfərli:
dedi: «Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir».
Kövsər Tağıyev:
təkəbbür göstərib belə dedi: “Bu, ancaq nəql edilən bir sehrdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
dedi: "Bu, keçmişdən qalmış sehrbazlıqdan başqa bir şey deyildir!
Sabirə Dünyamalıyeva:
Bu, rəvayət halında gəlib çatan sehrdən başqa bir şey deyildir.