Ənfal Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) siz Onun hüzuruna toplanılacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!
Elmir Quliyev :
О те, которые уверовали! Отвечайте Аллаху и Посланнику, когда он призывает вас к тому, что дарует вам жизнь. Знайте, что Аллах между человеком и его сердцем (может помешать человеку добиться того, что он желает), и что вы будете собраны к Нему.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın Peyğəmbərin dəvətini qəbul edin! Bilin ki, Allah insanla onun qəlbi arasına girər. Həqiqətən, siz Onun hüzurunda toplanacaqsınız. (İnsanlara həyat verən şeylər Allahın Onun rəsulunun əmr qadağalarına itaət etməkdir. Ayədə keçən “Allah insanla onun qəlbi arasına girər” ifadəsi Allahın insanları qabiliyyətlərinə görə istədiyi tərəfə meyil etdirdiyi mənasına gəlir.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər), Allah Rəsulu sizə həyat verəcək şeylərə dəvət etdiyi zaman (dəvəti) qəbul edin! Allahın insan ilə qəlbi arasına girdiyini şübhəsiz sizin Ona həşr olunacağınızı bilin!
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Cavab verin Allah üçün rəsulu üçün onda ki, sizi çağırır üçün ki, dirildir sizi. Bilin ki, Allah həmişə insanla onun qəlbi arasında dayanır hamınız onun hüzuruna toplanacaqsınız!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın Onun Peyğəmbərinin çağırışını qəbul edin bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət nifrət, iman küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız.
Kövsər Tağıyev:
Ey iman edənlər! Sizə həyat verəcək şeylərə sizi çağırdığı zaman Allahın Rəsulunun dəvətini qəbul edin bilin ki, Allah insan ilə qəlbi arasına girər. Yenə bilin ki, Onun hüzurunda toplanacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! (Peyğəmbər) sizi dirildəcək şeylərə çağıran zaman Allaha peyğəmbərə cavab verin bilin ki, Allah insan ilə onun qəlbi arasında durur siz həqiqətən Onun hüzuruna toplanılacaqsınız.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Elçi sizi, sizə həyat verəcək şeylərə dəvət etdikdə, Allahın Elçinin dəvətini qəbul edin. V ə bilin ki, Allah insanla onun qəlbi arasına girər. siz mütləq Onun hüzurunda toplanacaqsınız.