Əbəsə Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qoy insan yediyinə diqqət yetirsin (bir az!)
Bünyadov-Məmmədəliyev:
İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
Elmir Quliyev :
Пусть посмотрит человек на свое пропитание!
Ələddin Sultanov:
Elə isə insan yediklərinə bir nəzər salsın!
Kerbelayi Malik ağa:
İnsan yeməyinə baxsın.
Ələsgər Musayev:
Nəzər salsın insan tərəfinə öz təamının!
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!
Kövsər Tağıyev:
Hər şeydən əvvəl insan yediyi yeməyinə bir baxsın!
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy insan öz yeməyinə bir nəzər salsın:
Sabirə Dünyamalıyeva:
Qoy insan öz yediyinə diqqət yetirsin!