Fəcr Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O: “Kaş (axirət )həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”–deyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” deyəcəkdir.
Elmir Quliyev :
Он скажет: "Эх, если бы я заранее позаботился о своей жизни!"
Ələddin Sultanov:
O: “Kaş (axirət) həyatım üçün çalışaydım”, - deyəcəkdir.
Kerbelayi Malik ağa:
‘Kaş ki, mən həyatım üçün (yaşayarkən gözəl əməllər) təqdim etsəydim.’ deyər.
Ələsgər Musayev:
Deyər: «Ay kaş, mən əvvəlcədən edəydim həyatım üçün!»
A.Mehdiyev və D.Cəfərli:
O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!»-deyər.
Kövsər Tağıyev:
“Kaş bu həyatım üçün əvvəldən bir şey etsəydim”, deyər.
M.Qənioğlu və T.Bilaloğlu:
O deyəcəkdin "Kaş həyatım üçün əvvəldən tədarük edəydim!"
Sabirə Dünyamalıyeva:
Deyəcək ki: "Kaş ki, bu axirət həyatım üçün hazırlıq görəydim!"