Tövbə Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən Onun yo-lunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!
Elmir Quliyev :
Скажи: "Если ваши отцы, ваши сыновья, ваши братья, ваши супруги, ваши семьи, приобретенное вами имущество, торговля, застоя в которой вы опасаетесь, и жилища, которые вы облюбовали, милее вам, чем Аллах, Его Посланник и борьба на Его пути, то ждите, пока Аллах не придет со Своим велением. Аллах не наставляет на прямой путь нечестивых людей".
Ələddin Sultanov:
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallarınız, kəsada uğramasından (satışının dayanmasından) qorxduğunuz ticarət razı olduğunuz (xoşunuza gedən) evlər Allahdan, Onun Rəsulundan Onun (Allahın) yolunda cihad etməkdən sizə daha sevimlidirsə, artıq Allah əmrini gətirincəyə qədər gözləyin. Allah fasiqlər qövmünü hidayətə ərdirməz.’
Ələsgər Musayev:
De: «Əgər atalarınızı, oğullarınızı, qardaşlarınızı, zövclərinizi, əşirətinizi o malı ki, cəm edibsiniz o ticarəti ki, kasad olmağından çəkinirsiniz məskənləri ki, ürəyiniz onlara xoşdur, Allahdan Onun rəsulundan Onun yolunda cihad etməkdən artıq sevirsiniz, bəs gözləyin, ta gələ Allah əmrilə Allah hidayət etməz fasiq qoumu!
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən Onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz».
Kövsər Tağıyev:
De ki: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, əşirətiniz, qazandığınız mallar ticarət bəyəndiyiniz məskənlər sizə Allahdan, peyğəmbərindən Onun yolunda cihaddan daha sevimlidirsə, onda Allahın əmri gələnə qədər gözləyin! Allah fasiq qövmü doğru yola yönəltməz”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Əgər valideynləriniz, övladlannız, bacı-qardaşlarınız, ər- arvadlarınız qohum-əqrəbanız, əldə etdiyiniz mal-dövlət, kasad olmasından qorxduğunuz ticarət ürəyinizə yatan yaşayış yerləri sizin üçün Allahdan, Onun peyğəmbərindən Onun yolunda cihaddan daha əzizdirsə, onda Allah Öz əmrini [cəzasını] göndərənə qədər gözləyin. Allah azğın adamlara bir yol göstərməz!
Sabirə Dünyamalıyeva:
De ki: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, qohumlarınız, tayfanız, əldə etdiyiniz mallar, kasadlığa məruz qalmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Elçisindən Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah, əmrini gətirənə qədər gözləyin. Allah, haqq yoldan çıxmışların tayfasına yol göstərməz.