Əlixan Musayev:
Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz.
Bünyadov-Məmmədəliyev:
Allah sizə Öz ayələrini, (hökmlərini) bu qaydada aydınlaşdırır ki, düşünüb anlayasınız (əqlinizə batsın).
Elmir Quliyev
:
Так Аллах разъясняет вам Свои знамения, — быть может, вы уразумеете.
Ələddin Sultanov:
Düşünüb anlayasınız deyə Allah sizə Öz ayələrini belə bəyan edir.
Kerbelayi Malik ağa:
Allah sizə ayələrini belə açıqlayır. Ümid edilir ki, beləcə siz ağıl işlədərsiniz.
Ələsgər Musayev:
Belə bəyan edir Allah
sizin üçün ayətlərini, ola ki, siz əql edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Allah Öz ayələrini (dinin hökmlərini) sizə bu cür aydınlaşdırır ki, bəlkə düşünəsiniz.
Kövsər Tağıyev:
Düşünəsiniz deyə Allah sizə ayələrini belə açıqlayır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah öz ayələrini sizə izah edir ki, bəlkə ağıla gələsiniz.
Sabirə Dünyamalıyeva:
Allah, dərk edəsiniz deyə ayələrini sizə beləcə bəyan edir.