Hud Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Nuhu öz xalqına elçi göndərdik. (O dedi): “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən (bir elçiyəm).
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
Elmir Quliyev :
Мы отправили Нуха (Ноя) к его народу: "Воистину, я для вас разъясняющий и предостерегающий увещеватель.
Ələddin Sultanov:
And olsun ki, Nuhu öz qövmünə elçi göndərdik. (Nuh belə demişdi:) “Mən sizi açıq-aydın xəbərdar edirəm!
Kerbelayi Malik ağa:
And olsun ki, Nuhu öz qövmünə göndərdik. Şübhəsiz ki, mən sizin üçün ifadəsi açıq qəti bir xəbərdarlıq edənəm.
Ələsgər Musayev:
Əlbəttə, göndərdik Nuhu qoumuna tərəf: «Həqiqətən, mən sizin üçün aşkar nəzərə çatdıranam
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Nuhu öz qövmünə göndərdik ki (onlara de): «Şübhəsiz, mən sizin üçün (Allah tərəfindən açıq-aşkar) bir qorxudanam.»
Kövsər Tağıyev:
And olsun, biz Nuhu öz qövmünə peyğəmbər olaraq göndərdik. Onlara belə dedi: “Mən sizin üçün açıq-aşkar bir xəbərdar edənəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Nuhu öz camaatına peyğəmbər göndərdik. (O dedi): "Həqiqətən, mən sizin üçün aydın xəbərdarlıq edənəm ki,
Sabirə Dünyamalıyeva:
and olsun ki, Nuhu da öz qövmünə elçi olaraq göndərdik: "Həqiqətən, mən sizin üçün açıq-aşkar xəbərdarlıq edənəm.