Əlixan Musayev:
Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır.
Bünyadov-Məmmədəliyev:
Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir.
Elmir Quliyev
:
А тем, которые нарушают завет с Аллахом после того, как они заключили его, разрывают то, что Аллах велел поддерживать, и распространяют нечестие на земле, уготованы проклятие и Скверная обитель.
Ələddin Sultanov:
Allah ilə əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiklərini (qohumluq əlaqələrini) qoparanlar və yer üzündə fitnə-fəsad törədənlərə gəldikdə, lənət məhz onlaradır və onlar üçün pis bir yurd (cəhənnəm) vardır.
Kerbelayi Malik ağa:
Onlar misaqlarından sonra (ruhlarını, vəchlərini, nəfslərini və iradələrini təslim edəcəklərinə dair Allaha misaq verdikdən sonra) Allahın əhdini pozarlar (Allaha təslim olmazlar). Allahın Ona təslim edilməsini əmr etdiyi şeyi kəsərlər. Yer üzündə fəsad çıxararlar. Lənət onlar üçündür və yurdun pisi (cəhənnəm) onlar üçündür.
Ələsgər Musayev:
O kəslər ki, Allahın əhdini pozurlar möhkəm and içəndən sonra və qət edirlər o şeyi ki, Allah onun birliyinə əmr edibdir və fəsad edirlər ərzdə – həmin onlar üçündür lənət və onlar üçün pis aqibət evi var.
A.Mehdiyev və D.Cəfərli:
Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır.
Kövsər Tağıyev:
Allaha verdikləri sözü əhdləşdirdikdən sonra pozanlar, Allahın qorunmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsənlər və yer üzündə fitnə-fəsad törədən kəslər ki var, lənət məhz onlaradır, pis yurd (cəhənnəm) də onlarındır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahla əhd-peyman bağladıqdan sonra onu pozanlar, birləşdirilməsini Allahın buyurduğu (əlaqələri) kəsənlər, yer üzündə fitnə-fəsad törədənlər - onlara lənətlər və pis mənzil olacaqdır.
Sabirə Dünyamalıyeva:
Allaha andla 'qəti söz' verdikdən sonra [bu andı] pozan və Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri; iman ilə əməli kəsən/bir-birindən ayıran və yer üzündə fitnə-fəsad törədən kəslər [ki var]; bax onlar üçün uzaqlaşdırılmaq var. Yurdun pisi də onlar üçündür.