İbrahim Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.
Bünyadov-Məmmədəliyev:
O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır).
Elmir Quliyev :
Оно плодоносит каждый миг с дозволения своего Господа. Аллах приводит людям притчи, быть может, они помянут назидание.
Ələddin Sultanov:
O (ağac), Rəbbinin izni ilə hər zaman bar verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alalar. (Yuxarıdakı ayələrdə Allah-Təala gözəl sözü gözəl ağaca bənzətmişdir. Çünki gözəl sözün meyvəsi gözəl əməl, gözəl ağacın meyvəsi faydalı meyvədir. Təfsirçilərə görə, buradakı gözəl söz ilə kəlmeyi-tövhid nəzərdə tutulmuşdur. Allahın razı olacağı hər bir gözəl əməl bu sözün meyvəsidir.)
Kerbelayi Malik ağa:
O hər vaxt Rəbbinin izni ilə meyvəsini verər. Allah insanlara örnək (misal) verər. Beləcə (ümid edilir ki) onlar təzəkkür edərlər.
Ələsgər Musayev:
O ağac öz Rəbbinin iznilə hər vaxt meyvəsini verər. Allah insanlar üçün məsəllər vurur, ola ki, onlar yad edələr!
A.Mehdiyev və D.Cəfərli:
O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin ali ilahi bir ictimai həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır.) Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər.
Kövsər Tağıyev:
Bu ağac Rəbbinin izni ilə hər zaman meyvəsini verir. Öyüd götürsünlər deyə Allah insanlara misallar çəkir.
M.Qənioğlu və T.Bilaloğlu:
o [ağac], Rəbbinin izni ilə öz bəhrələrini hər zaman gətirir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə onlar düşünüb daşınalar.
Sabirə Dünyamalıyeva:
onlar öyüd alsınlar deyə, Allah insanlara belə misallar çəkir.